28 iyun 2016, 17:15

Ziya Mahmudovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri Sizin diqqət və qayğınızı daim öz üzərilərində hiss edirlər. Bunu cəbhə bölgəsində yerləşən rayonumuzun timsalında aydın şəkildə görürük. Şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış binaları və fərdi yaşayıb tikilib istifadəyə verilir.

Hörmətli cənab Prezident, mən “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun oğluyam. Bu günlərdə atamın adı verilmiş küçənin açılışı oldu. Küçənin girişində atamın barelyefi qoyulub. Açılış mərasimində atamın döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşdülər. Bundan əvvəl, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçənin açılışı olmuşdu. Bütün bunlar mənə qürur və fərəh hissi yaşadır.

Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm. Biz də atalarımız kimi Vətən uğrunda yağı düşmənlə savaşmağa hazırıq. Təki Vətən sağ olsun.

Hörmətlə,

Mahmudov Ziya Mehrac oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.