27 iyun 2016, 15:00

Mirzağa Məmmədovdan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızda kənd yollarının abadlaşdırılması istiqamətində görülən işlər bizi çox sevindirir. İnsanların uzun illərdir istifadə etdikləri Ağsu-Ağarx-Qaradağ avtomobil yolu da əsaslı təmir edilən yollardan biridir. Rayonumuzun Bozavand kəndindəki Mir İsmayıl Ağa ziyarətgahı məhz bu yolun üzərində yerləşir.

Əziz Prezidentimiz, bu yolun çəkilməsinə göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Mirzağa Seyidağa oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu.