27 iyun 2016, 16:00

Çingiz Quliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş oğlum kapitan İnqilab Quliyevin əməyini yüksək qiymətləndirdiyinizə və onun ailə üzvlərinə böyük dəstək verdiyinizə görə bütün ailə üzvlərim adından Sizə dərin təşəkkürümü bildirirəm.

İki oğlunu itirmiş ata kimi kədərim böyük olsa da, Sizin daimi diqqət və qayğınızı görüb təsəlli tapıram. Öz zabitinizi heç vaxt yaddan çıxarmadığınız üçün çox sağ olun, cənab Ali Baş Komandan! Bütün Azərbaycan xalqı kimi, biz də Sizin apardığınız daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Bu çətin və şərəfli işlərdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Bizim işimiz haqq işidir və sonda biz qalib gələcəyik. Qələbə günü uzaqda deyil.

Hörmətlə,

Quliyev Çingiz Əyyam oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri, 3-cü mikrorayon.