23 iyun 2016, 19:00

Xuraman Paşayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Fərəhləndirici haldır ki, Azərbaycan müxtəlif idman yarışlarına uğurla ev sahibliyi edir. Dünyaca məşhur Formula-1 yarışlarının iyunun 17-dən 19-dək paytaxt Bakı şəhərində keçirilməsi bir ölkə vətəndaşı kimi məni çox sevindirdi. Çünki bütün dünya Azərbaycanın idman ölkəsi olduğunu bir daha gördü. Həm də belə yarışlar ölkəmizin imicinin artmasında və beynəlxalq ictimaiyyət tərəfindən daha yaxından tanınmasında böyük rol oynayır.

Hörmətli cənab Prezident, Siz Azərbaycanı nəinki azərbaycanlılara, dünya xalqlarına sevdirdiniz. Milyonlarla vətəndaşımız kimi, mən də azərbaycanlı olduğum üçün fəxr edirəm.

Hörmətlə,

Paşayeva Xuraman Alim qızı. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.