23 iyun 2016, 16:15

Rövşən Quliyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin cəbhə bölgəsinə olan diqqət və qayğınızı Tərtər sakinləri də həmişə hiss edirlər. Döyüşən Tərtər hazırda böyük tikinti meydançasını xatırladır. Yollara asfalt salınır, su-kanalizasiya xətti çəkilir, yaşayış binaları təmir olunur, onların dam örtükləri dəyişdirilir, köhnə elektrik naqilləri SİP kabellə əvəz edilir.  Bütün bunlar bizi ürəkdən sevindirir.

Yaşadığımız ərazidə nümunəvi məhəllə yaradılıb. Parakəndə tikililər sökülərək yerində yaşıllıq salınıb, gənclərin və yeniyetmələrin asudə vaxtının səmərəli keçməsi üçün mini futbol meydançası tikilib. Bir sözlə, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Hörmətli cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə binamızın sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quliyev Rövşən

Məhərrəmova Samaya

Cəfərova Aybəniz

Məmişov Adil

Qədimov Fəxrəddin

Səlimov Vasif.

Azərbaycan Respublikası, Tərtər rayonu.