22 iyun 2016, 18:00

Təranə Abuşevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə keçirilən tədbirlər və idman yarışları xalqımızın yüksək mədəni səviyyəsini, yaradıcılığını və tolerantlığını göstərir. Sizin yürütdüyünüz düzgün siyasət Azərbaycanı dünya şöhrətli ölkəyə çevirib. Sizin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xeyirxah, humanist addımları nəticəsində Azərbaycanın dostları gündən-günə artır. İndi Azərbaycanımız beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş və dost kimi qəbul edilir.

Cənab Prezident, vaxtilə ulu öndərimiz Heydər Əliyevin söylədiyi sözlər indi hər birimizin dilində ən əziz şüara çevrilib. Biz fəxr edirik ki, azərbaycanlıyıq!

Hörmətlə,

Abuşeva Təranə Sabir qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.