22 iyun 2016, 16:45

Aygün Məmmədova və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin sayənizdə bu gün ölkəmiz dünyada tanınır. Azərbaycanın gündən-günə daha iri və nüfuzlu layihələrə imza atması hər birimizə böyük stimul verir. Formula-1 yarışının Bakıda çox yüksək səviyyədə keçirilməsi də bir azərbaycanlı kimi bizi çox sevindirdi. Bu yarışı böyük sevinc və qürur hissi ilə izlədik.

Möhtərəm Prezident, bu münasibətlə Sizi və xalqımızı təbrik edirik. Biz Sizinlə və Sizin siyasətinizlə fəxr edirik.

Hörmətlə,

Məmmədova Aygün Rasim qızı

Nəsibova Qumru Abdul qızı

Qurbanova Natavan Cəbrayıl qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.