03 iyun 2016, 11:40

Zabit Talıbovdan, Masallı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

“The Busines Year” jurnalı tərəfindən “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz məni, ailəmi və işlədiyim Masallı Rayon Mərkəzi Xəstəxanasının kollektivini hədsiz dərəcədə sevindirdi. Bu xəbəri televiziyadan eşidərkən çox böyük qürur hissi keçirdik və Sizinlə fəxr etdik.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından ötən müddətdə respublikamız nəinki regionda, bütün dünyada öz inkişafı ilə diqqəti cəlb edib, qabaqcıl dövlətlərin cərgəsinə qoşulub. Bu illər ərzində həyata keçirilən quruculuq işləri və bir çox sahələrdə əldə olunan uğurlar sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu inkişaf hərbi sahədə də özünü göstərir. Apreldəki son döyüşlər bunu bütün dünyaya bir daha sübut etdi.

1994-cü ildə Ulu Öndər tərəfindən imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan uğurlu neft strategiyası Sizin sayənizdə “Cənub Qaz Dəhlizi”, TANAP və TAP kimi layihələrin həyata keçirilməsi ilə daha da inkişaf etdirilməkdədir.

Hörmətli və əziz Prezident, son illərdə apardığınız uğurlu xarici və daxili siyasət dövlətimizi və xalqımızı dünyanı bürüyən böhrandan müvəffəqiyyətlə qorudu. Buna görə Sizə minnətdarıq, Sizinlə qürur duyur və fəxr edirik. Təsadüfi deyil ki, zəhmətinizin bəhrəsi, uğurlu siyasətiniz artıq bütün dünyanın diqqətindədir. Məhz bunlara görə Siz “Dünyada ilin adamı” mükafatına layiq görülmüsünüz. Bu münasibətlə Sizi təbrik edir, Sizə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Talıbov Zabit. 

Azərbaycan Respublikası, Masallı rayonu.