16:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 166-VQ nömrəli Qanununa uyğun olaraq qərara alıram:
1. Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Bankda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının ehtiyatlarının və digər aktivlərinin Azərbaycan Respublikasının milli valyutasında depozitarı müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
3.2. “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57