16:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 765; 2009, № 4, maddə 226, № 10, maddələr 776, 779, № 11, maddə 886; 2010, № 2, maddə 80, № 6, maddə 501, № 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 7, maddə 841) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın V hissəsinin 5.4.2-ci yarımbəndinin “İcraçılar” sütununda “elektrikpaylayıcı şəbəkələr” sözləri “Azərişıq” ASC” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57