01 iyun 2016, 12:30

Hikmət Quliyevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Əvvəlcə ölkəmiz üçün əvəzolunmaz xidmətinizə görə Sabirabad rayonu Cəngən kənd camaatı adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Bizim kənd də bu qayğıdan kənarda qalmayıb. Bu yaxınlarda kəndimiz təbii qazla təmin olundu və bu hadisə bizlərə yeni həyat verdi. Bir çox problemdən azad olduq. İndi rahatlıqla evlərimizi qızdırıb sağlam həyat sürürük. Həmçinin ailə büdcəmizin də xərcləri xeyli azalıb.

Bizim üçün vacib olan başqa bir məsələni də qeyd etmək istəyirəm. Kəndin yaşlı insanları təqaüdlərini almaqdan ötrü 20-25 kilometr yol qət etməli, xeyli vaxt və vəsait itirməli olurdular. Kəndimizdə bankomat qoyulması üçün kömək göstərilməsi barədə xahiş etmişdik. Artıq bu məsələ də öz həllini tapdı.

Cənab Prezident, bizi həmişə qayğınızla və uğurlarınızla qürurlandırırsınız. Sizə gələcək işlərinizdə də uğurlar arzulayıram.

Hörmətlə,

Quliyev Hikmət Ağalar oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Cəngən kəndi