28 may 2016, 20:00

M.Ə.Musayevdən, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin 2015-ci ildəki uğurlu fəaliyyətinizin nəticəsi olaraq “The Business Year” jurnalı tərəfindən “Dünyada ilin adamı” seçilməyiniz respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da böyük sevinclə qarşılandı. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə ona göstərilən etimadı tam doğrultdu.

Çox hörmətli Prezident, uğurlu xarici siyasətiniz nəticəsində Azərbaycan mühüm beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, böyük potensialını bütün dünyaya bir daha təqdim edib. Sizin rəhbərliyinizlə ölkəmiz qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə, beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir. Qısa müstəqillik tarixinə malik Azərbaycanın qazandığı bu uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf etməliyik ki, bütün bu nailiyyətlər Ulu Öndərin layiqli davamçısı kimi məhz Sizin adınızla bağlıdır.

Möhtərəm Prezident, 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Kollektivi adından səmimi qəlbdən bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Musayev M.Ə, baş həkim.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.