28 may 2016, 18:00

Dadaş Abdullayev və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Aprelin əvvəlində erməni qəsbkarları tərəfindən törədilən təxribat zamanı rayonumuzun cəbhəyanı ərazilərindəki yarımstansiyalara, yüksək gərginlikli elektrik xətlərinə dəymiş ziyan qıza müddətdə aradan qaldırıldı, yerli sakinlər elektrik enerjisi ilə fasiləsiz təmin olundular.

Əhalinin dövlətimizə inamı böyük olduğu üçün heç bir təşviş yaşanmadı. Əksinə, həmin ərəfədə insanlar Sizi yanlarında gördüklərindən əhval-ruhiyyələri daha da yüksəldi. Bunları görüb qiymətləndirmək hər birimizin vətəndaşlıq borcumuzdur.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Abdullayev Dadaş Camal oğlu

Quliyev Natiq Gəray oğlu

Məmmədrzayev Ayaz Bulud oğlu

Əliyev Mərdan Hidayət oğlu və başqaları (cəmi: 15 imza)

Azərbaycan Respublikası, Ağdam rayonu.