28 may 2016, 16:30

Hidayət Bəşirov və başqalarından, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həm respublika daxilində, həm də beynəlxalq arenada qazandığınız nüfuzunuz Azərbaycanın dünyada tanınmasına zəmin yaradır. Zati-alinizin rəhbərliyi ilə gündən-günə inkişaf edərək möhkəmlənən dövlətimiz dünyada söz sahibinə çevrilməkdədir. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı titanik fəaliyyətinizin nəticəsidir ki, rəhbərliyiniz dövründə respublikamız inkişaf edib, dünyanın aparıcı ölkələri arasında mövqeyini daha da möhkəmləndirib.

Hörmətli cənab Prezident, müxtəlif qitələri əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və ətraflı təhlillərlə çıxış edən “The Business Year” jurnalı tərəfindən “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar, yeni-yeni qələbələr arzulayırıq.

Lerik rayon ağsaqqalları və ziyalıları adından dərin hörmətlə,

Bəşirov Hidayət, Veteranlar Təşkilatının sədri

Vəliməmmədov Həmzə, Ağsaqqallar Şurasının sədri 

Zahidov Abbas, əmək veteranı

Bədəlov Musa, Prezident təqaüdçüsü

Əliyev Qəhrəman, əmək veteranı və başqaları (cəmi: 8 imza).

Azərbaycan Respublikası, Lerik rayonu.