28 may 2016, 16:00

A.Rəsulovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanın inkişafı və ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində reallaşdırılan sosial-iqtisadi layihələr Sizin tərəfinizdən həyata keçirilən uğurlu siyasətin, doğma Vətənimizə və xalqımıza olan sevginizin bariz nümunəsidir.  İsmayıllı bu gün inkişafda olan rayonlar sırasındadır. Rayonumuzda tikinti-quruculuq, abadlıq işləri sürətlə aparılır, böyük layihələr həyata keçirilir.

Sizin tapşırığınıza uyğun olaraq, bu il mayın 25-də yaşadığımız Sumağallı kəndinə təbii qaz verildi. Bu tarix kənd sakinləri üçün ən əlamətdar günlərdən biridir.

Möhtərəm Prezident, bizə bəxş etdiyiniz bu sevincə, göstərdiyiniz qayğıya görə Sumağallı kənd sakinləri adından Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Rəsulov A.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.