28 may 2016, 15:39

Azər Əzizovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

“TheBusinessYear” jurnalı tərəfindən 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi Yenikənd kənd ziyalıları, əmək adamları və Sizi sevən, hər bir uğurunuza fərəhlənən kənd sakinləri adından təbrik edir, Sizə siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

Cənab Prezident, apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli, inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlib. Respublikamızın gündən-günə inkişaf etməsi, müxtəlif dinli xalqların bir yerdə mehriban və xoşbəxt yaşaması Azərbaycanı dünyaya tolerant ölkə kimi tanıdıb. Bütün bunlar Sizin apardığınız siyasətin bəhrəsidir. Biz Prezident deyəndə Azərbaycan xalqını, Azərbaycan xalqı deyəndə Prezidentimizi düşünürük. Belə şöhrəti Azərbaycan xalqına bəxş etdiyiniz üçün Sizə minnətdarıq.

Ulu Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Azərbaycanın ümid yeri Sizsiniz. Bütün xalqımız kimi, biz də daim Sizinləyik.

Hörmətlə, Əzizov AzərDigaran oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.