27 may 2016, 19:00

Sihət Şirəliyevdən, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

İyirmi beş il müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlər bilavasitə ulu öndərimiz Heydər Əliyev ideyalarının Sizin tərəfinizdən yaradıcılıqla davam etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, qazandığınız uğurlara görə “The Business Year” şirkəti Sizi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq görmüşdür.

Biz – İsmayıllı rayonunun Talıstan kənd sakinləri Sizi “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,

İsmayıllı rayon Talıstan kənd sakinləri adından

Şirəliyev Sihət 

Azərbaycan Respublikası, İsmayıllı rayonu