27 may 2016, 18:30

Xudaverdi Piriyevdən, Salyan, Azərbaycan

Çox hörmətli Prezident,

“Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi Salyan rayon təhsil işçiləri adından təbrik edir, gündən-günə gözəlləşən, yeniləşən yeni Azərbaycan naminə apardığınız daxili və xarici siyasətdə uğurlar arzulayırıq. İnanırıq ki, Sizin qüdrətiniz, siyasətiniz nəticəsində əbədi və əzəli torpaqlarımız olan Dağlıq Qarabağ problemi də öz həllini tapacaq və bütün Azərbaycan xalqı həmin günü Sizinlə birlikdə bayram edəcəkdir.

Hörmətlə,

Salyan rayon təhsil işçiləri adından

Piriyev Xudaverdi Əliyusif oğlu

Azərbaycan Respublikası, Salyan rayonu