27 may 2016, 18:00

Tofik Dadaşovdan, Moskva, Rusiya

Çox hörmətli cənab Prezident,

Siyasi və işgüzar fəaliyyətinizin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsinə, 2015-ci ildə “Dünyada ilin adamı” seçilməyinizə görə Sizi təbrik edirəm. Çox şadam və iftixar hissi keçirirəm.

Biz qürbətdə yaşasaq da, qəlbimiz hər zaman doğma Vətənimiz Azərbaycanla döyünür. Sizin rəhbərliyiniz altında Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevinir və qürurlanıram. Sizə hər bir işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Dadaşov Tofik Həsənağa oğlu

Rusiya Federasiyası, Moskva şəhəri.