23 may 2016, 18:00

Mustafa Kurtdan, Qaziantep, Türkiyə

Hörmətli cənab Prezident!

İlk növbədə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqları uğrunda döyüşən və canlarını fəda edərək şəhid olan qardaş və bacılarımıza görə Azərbaycan xalqına və vətəndaşlarına başsağlığı vermək istərdim.

Bilin ki, biz Türkiyə vətəndaşları hər zaman sizlərin yanınızdayıq və bundan sonra da yanınızda olacağıq. Çünki keçmiş döyüşlərdə ata-babalarımız çiyin-çiyinə iştirak ediblər. Biz ağır döyüşlərdən çıxan bir millətin övladları, lazım gələrsə, Vətəninin hər bir qarış torpağı üçün canlarını və mallarını qurban verən bir nəslin üzvləriyik.

Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm.

Hörmətlə,

Kurt Mustafa.

Türkiyə Respublikası, Qaziantep şəhəri.