23 may 2016, 14:25

İslam Həsənovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmir olunmasına, müasir standartlarına uyğun yenidən qurulmasına görə teatrın kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, böyük dövlətçilik fəaliyyətinizdə, fədakar xidmətinizdə uğurlar arzulayırıq.

Sizin diqqətiniz sayənizdə Azərbaycan mədəniyyətinin və incəsənətinin öz sözünü daha kəsərli deyəcəyinə əminik.

Hörmətlə,

Həsənov İslam,

Sumqayıt Dövlət Dram Teatrının direktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.