21 may 2016, 18:25

Rauf Həsənovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident. 
Sizin rəhbərliyiniz altında respublikada görülən işlər energetika sahəsindən də yan keçməyib. Əhalini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə lazımi işlər görülür. Həyata keçirilən tədbirlər çərçivəsində yaşadığımız Bərdə rayonunun Əmirli kəndində elektrik dayaqları dəyişdirilib, transformatorlar yenisi ilə əvəz olunub, xətlər SİP-kabellərlə çəkilib. Hazırda fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunuruq. 
Möhtərəm Prezident, regionların abadlaşdırılması istiqamətində aparılan genişmiqyaslı yenidənqurma işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə, 
Həsənov Rauf. 

Azərbaycan Respublikası, Bərdə rayonu, Əmirli kəndi.