21 may 2016, 18:20

Hafiz Mehdiyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz - İsmayıllı rayon Kürdmaşı kənd orta məktəbinin pedaqoji kollektivi Sizə minnətdarlığımızı ifadə edərək, tükənməz sevinc hissi ilə bildiririk ki, qayğı və diqqətiniz nəticəsində nəinki mərkəzdə, bütün regionlarda, o cümlədən İsmayıllı rayonunda əhalinin həyat səviyyəsi gündən-günə yüksəlir. 
Uzun müddət idi ki, kəndimizin ərazisindən keçən Qaraməryəm-İsmayıllı avtomobil yolu yararsız vəziyyətə düşmüşdü. Sizin göstərişinizlə həmin yollarda aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir. 
Bizə olan qayğınıza görə pedaqoji kollektivimiz adından Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Ölkəmizin dinamik inkişafı naminə Sizə uzun ömür, ali dövlət vəzifənizdə uğurlar arzulayırıq. 

C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbin kollektivi adından hörmətlə, 
Mehdiyev Hafiz, direktor. 

Azərbaycan Respublikası, İsmayıllı rayonu.