21 may 2016, 18:30

Zaur Sadıqovdan, Bakı, Azərbaycan

 

    Möhtərəm Prezident, cənab Ali Baş Komandan. 
Biz müharibə əlilləri, veteranları və şəhid ailələri Sizin və xanımınızın yüksək diqqət və qayğınızı daim üzərimizdə hiss edirik. Sizin apardığınız uğurlu sosial siyasət nəticəsində müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraiti gündən-günə yaxşılaşır. 
Cənab Ali Baş Komandan, şanlı Odumuzun rəşadəti sayəsində düşmənə sarsıdıcı zərbələr vurulması, bəzi yüksəkliklərin azad olunması məni qürurlandırdı. Biz əminik ki, apardığınız ardıcıl, məqsədyönlü islahatlar nəticəsində gündən-günə müasirləşən, güclənən Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı yağı düşməndən azad edəcək, şanlı üçrəngli bayrağımız əzəli torpaqlarımızda dalğalanacaqdır. 
Hörmətli Prezident, biz Qarabağ əlillərinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı mütəmadi işlər aparılır. Mənə kiçik sahibkarlıq fəaliyyətimin inkişaf etdirilməsinə kömək göstərildiyi üçün şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımızı bildirir, Ulu Tanrıdan uzun ömür və möhkəm cansağlığı diləyir, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. 
Dərin hörmətlə, 

Sadıqov Zaur Həbib oğlu. 

Azərbaycan Respublikası, Bakı şəhəri.