21 may 2016, 11:50

Esmira Nəbiyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sumqayıt şəhərinə göstərdiyiniz qayğı bizi çox sevindirir. Dəniz kənarında bulvarın yenidən qurulması şəhər sakinlərinin ürəyincədir. Bu gün şəhərimizin hər yerində abadlıq-quruculuq işləri aparılır. Təhsilə göstərilən böyük diqqət biz təhsil işçilərini daha da yaxşı işləməyə ruhlandırır.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edir, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Nəbiyeva Esmira Qərib qızı, müəllim.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.