21 may 2016, 13:55

Raquf Məmmədov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız Kəbirli kəndi rayon mərkəzindən xeyli uzaqda yerləşir. Neçə illər idi ki, qışda, yayda yanacaq sarıdan çətinlik çəkirdik. Bu günlərdə kəndimizə qaz xəttinin çəkilişi başa çatdırıldı. Sizin diqqət və qayğınız sayəsində biz kəndlilər təbii qazla təmin olunduq və rahatlığa çıxdıq.

Möhtərəm Prezident, buna görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Tərtərlilər Sizi dəstəkləyir və ətrafınızda sıx birləşiblər. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmmədov Raquf, şəhid ailəsinin üzvü

Vəliyev Vəkil, I qrup Qarabağ müharibəsi veteranı

Səfərov Rafiq

Adil Abbasov və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu, Kəbirli kəndi.