21 may 2016, 12:00

C.Ağayev və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımıza göstərdiyiniz diqqət və qayğını daim hiss edir, bunun əyani şəkildə şahidi oluruq. Bu diqqətin bariz nümunəsini elə kəndimizin timsalında da gördük. Təbii fəlakət nəticəsində çay üzərindən keçən körpünün yararsız vəziyyətə düşməsi kəndimizə gediş-gəlişi xeyli çətinləşdirmişdi. Sizin göstərişinizlə tez bir zamanda çay üzərində gözlədiyimizdən daha yaxşı körpü tikilib istifadəyə verildi.

Möhtərəm Prezident, hamımız bundan böyük qürur hissi keçirir, Sizə dərin məhəbbət və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Ağayev C

Höccətov M

Nəciyev M

Hüseynov A və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu, Təbrizli kəndi.