20 may 2016, 14:20

İ.F.Əliyevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son vaxtlar şəhərimizin simasında çox böyük dəyişikliklər baş verib. Belə ki, illərdən bəri təmirsiz qalan Sumqayıt bulvarı ən müasir tələblər səviyyəsində yenidən qurulur və misilsiz bir gözəllik yaradır.  Şəhərin digər ərazilərində də yeni parklar və xiyabanlarda insanlara xidmət etmək üçün hər cür şərait yaradılıb. Hazırda şəhərimiz gülüstanı xatırladır. Sumqayıtın yolları asfaltlanıb ki, bu da sosial infrastrukturun inkişafına təkan verir, qanunsuz tikililərin və şəhərin simasına xələl gətirən bütün çatışmazlıqlar aradan qaldırılır. Yaşayış binalarının fasadlarının və dam örtüklərinin təmir edilməsi, çirkli ərazilərin təmizlənməsi diqqət mərkəzində saxlanılır. Bütün bunlar şəhər ictimaiyyətinin əhval-ruhiyyəsinin yüksəlməsinə, parlaq gələcəyə olan arzuların reallaşmasına səbəb olur. Xəzər dənizi sahilində, Səməd Vurğun küçəsi boyu mövcud olan istirahət guşələrinin ətrafı abadlaşdırılır, yol kənarında yaşıllıqlar salınır.

Möhtərəm Prezident, görülən işləri saymaqla bitmir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, biz sumqayıtlılar hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləməkdə davam edəcəyik. Sizə işlərinizdə uğurlar arzu edirik.

Fürsətdən istifadə edərək kollektivimizin adından Sizi qarşıdan gələn 28 May - Respublika Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Dərin hörmətlə,

Əliyev İ.F, Sumqayıt şəhəri fars, ingilis dilləri təmayüllü tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.