18:49
İlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib
25 aprel 2016, 14:00Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimini qəbul edib.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı. İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əvvəllər daha çox azərbaycanlı turistlər Birləşmiş Ərəb Əmirliklərinə səfər edirdilərsə, son dövrlər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı da artmaqdadır.
Xanım Şeyxə Lubna Al Qassimi Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində sürətli inkişafa nail olunduğunu, Bakının gözəl və müasir bir şəhərə çevrildiyini məmnunluqla qeyd etdi. Azərbaycana bu dəfə tolerantlıq üzrə dövlət naziri vəzifəsində səfər etdiyini deyən qonaq Birləşmiş Ərəb Əmirliklərinin çoxmillətli ölkə olduğunu, burada yaşayan müxtəlif icmaların ölkənin inkişafı və iqtisadi uğurların əldə olunmasındakı rolunu vurğuladı.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olundu, ikitərəfli əlaqələrin mədəniyyət, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
18:49
16:53
16:02
13:03
12:39
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar...
22 yanvar 2025, 12:3920:28
19:35
18:40
17:33
Hörmətli cənab Prezident, əziz Qardaşım.
Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür,...
21 yanvar 2025, 17:3316:40
16:20
16:10