12 aprel 2016, 17:00

İbrahim Hüseynovdan, Qorni Milanovaç, Serbiya

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Qoşunların təmas xəttində qardaşlarımızın şəhid olması xəbərindən dərindən sarsıldım. Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Sizin rəhbərliyiniz altında Ordumuzun qazandığı uğurlara çox sevinirik. İnşallah, bunun davamlı olmasını gözləyirik. Biz hamımız fəxr edirik ki, azərbaycanlıyıq və Sizin kimi dövlət başçımız var.

Serbiya Respublikasında yaşayan bütün azərbaycanlilar olaraq orduya yazılmaq üçün hər gün Sizin əmrinizi gözləyirik. Mən bir azərbaycanlı, bir ağdamlı olaraq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyə hazıram.

Hörmətlə,

Hüseynov İbrahim Alı oğlu.

Serbiya Respublikası, Qorni Milanovaç şəhəri.