12 aprel 2016, 16:50

Nəcibə Səfərovadan, Sumqayıt, Azərbaycan

Cənab Ali Baş Komandan.

Son günlər cəbhədə gedən döyüşlər zamanı şəhid olan və yaralanan əsgərlərimizə görə kədərləndik. Ordumuzun uğurlu əməliyyatı isə bizi qürurlandırdı. Biz Sizin son dərəcə qətiyyətli, prinsipial mövqeyinizi dəstəkləyirik. Bütün Azərbaycan xalqı kimi ağsaqqallarımız, gənclərimiz, ziyalılarımız da hər an Sizinlədirlər. Sizin Təhlükəsizlik Şurasının iclasında qətiyyətli çıxışınız hamımızı bir daha ətrafınızda sıx birləşməyə səfərbər etdi. Bu çıxışınız mənfur düşmənə ağır zərbə vurdu.

Hörmətlə,

Səfərova Nəcibə Səlim qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.