Gerb

11 aprel 2016, 22:40

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, №1, maddə 11, №12, maddə 706; 2005, №12, maddə 1083; 2006, №12, maddə 1005; 2010, №3, maddə 173, №4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə “Bu Qanun” sözləri “1.1. Bu Qanun, bu Qanunun 1.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:

“1.2. Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.”.

3. 19.3-cü maddədən “ərzaq,” sözü çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2016-cı il.