Gerb

11 aprel 2016, 19:09

Cənab Ali Baş Komandan.

Son günlər cəbhə xəttində Silahlı Qüvvələrimizin uğurunu alqışlayır, bundan fərəh hissi keçiririk. Cəbhə bölgəsində yerləşən Tərtərdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “İlk komandir” filminin təqdimatı Ordumuzda və tərtərlilərdə ruh yüksəkliyi yaratmış, Ordumuza inam bir daha artmışdır. Milli Qəhrəman, şəhid övladı olaraq hər an torpaqlarımızı düşməndən azad etməyə hazıram. Biz Sizinləyik, cənab Ali Baş Komandan! Əmrinizi gözləyirik.

Tərtərli şəhid övladları adından hörmətlə,

Hüseynli Emin, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynovun oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.