Azərbaycan-Rumıniya sənədləri imzalanması mərasimi olmuşdur

18 aprel 2011, 16:10
Azərbaycan-Rumıniya sənədləri imzalanması mərasimi olmuşdur

Prezident İlham Əliyevin və Prezident Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı”nı Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında

əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzaladılar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzaladılar.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10