16:38

Prezident İlham Əliyev Astarada Gənclər Evinin açılışında iştirak etmişdir.
Əvvəlcə Prezident İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış oldu. Meydanda 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmışdır. Ətrafda ən müasir tələblərə cavab verən park salınmış, müasir işıqlandırma sistemi qurulmuş və abadlıq işləri görülmüşdür.
Dövlət başçısı Gənclər Evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış oldu. Bildirildi ki, burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradılmışdır. Binanın birinci mərtəbəsində çay evi və internet klub, ikinci mərtəbədə isə bayraq guşəsi və şahmat klubu fəaliyyət göstərir. Ümumilikdə burada 12 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Məlumat verildi ki, gənclər çay evində cənub bölgəsində yetişdirilən çay nümunələrindən dəmlənmiş çay içib öz istirahətlərini təşkil edə bilərlər. Şahmat klubunda isə yeniyetmə və gənclər bu qədim oyunun sirlərinə yiyələnə, ərazidəki Dövlət Bayrağı Muzeyində Azərbaycan tarixinin şanlı səhifələri ilə tanış ola biləcəklər. Muzeydə 1918-ci ildən bəri Azərbaycanda mövcud olan dövlət bayraqlarının nümunələri təqdim edilir, bununla yanaşı, qədim pullar, medallar və digər tarixi eksponatlar nümayiş olunur. Muzeydə Azərbaycanın hərb tarixinə dair eksponatlara da geniş yer verilmişdir.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57