16:38

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonuna gəlmişdir.
Dövlət başçısı əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında, şəhərdə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.
Bildirildi ki, Masallı şəhərinin mərkəzində ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur. Ümumi sahəsi 4 hektar olan parkın ərazisində Heydər Əliyev muzeyi inşa edilmiş, burada ümummilli liderin möhtəşəm abidəsi ucaldılmış, sakinlərin istirahəti üçün gözəl şərait yaradılmış, yeni yaşıllıqlar salınmış, iki böyük fəvvarə tikilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57