İlham Əliyev Çellenc Kuboku yarışlarının final oyununu izləmişdir

02 aprel 2011, 21:00
İlham Əliyev Çellenc Kuboku yarışlarının final oyununu izləmişdir

“Sərhədçi” Olimpiya İdman Mərkəzində Avropa Voleybol Konfederasiyasının qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının final mərhələsinin cavab görüşü keçirilmişdir.

Yarışı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləmişlər.

Turnirin final mərhələsində Azərbaycanın iki komandası – “Azərreyl” və “Lokomotiv” mübarizə aparmışlar. Komandalar arasında martın 29-da keçirilən ilk oyunda “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub etmişdir.

Xatırladaq ki, klublarımız Çellenc Kuboku yarışlarında Avropanın güclü komandalarını turnirdən kənarlaşdırmağı bacarmışlar. Belə ki, “Azərreyl” klubu turnirin birinci təsnifat mərhələsində Maltanın “Paola” (3:0, 3:0), ikinci təsnifat mərhələsində Yunanıstanın “Markopoula” (3:0, 3:0), onaltıdabir mərhələdə Yunanıstan “Olimpiakos” (3:0, 3:0), səkkizdəbir mərhələdə Ukraynanın “Ximik” (3:0, 3:0), dörddəbir mərhələdə Finlandiyanın “Salo” (3:2, 3:0), yarımfinalda isə Rusiyanın “Uraloçka” komandasından (3:2, 3:1) üstün olmuşdur.

Finalda mübarizə aparan digər Bakı komandası “Lokomotiv” isə turnirə ikinci təsnifat mərhələsindən qoşulmuş və ilk rəqibi Rusiyanın “Omıçka” komandasını məğlub etmişdir. “Lokomotiv” onaltıdabir final mərhələsində Avstriyanın “A. Linq-Steq” (3:0, 3:0), səkkizdəbir mərhələdə Kiprin “Apollon” (3:0, 3:0), dörddəbir mərhələdə Almaniyanın “Şveriner” (3:0, 3:2), yarımfinalda isə Bakının “İqtisadçı” komandasına (3:0, 3:2) qalib gəlmişdir.

Final oyununu izləmək üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Sərhədçi” Olimpiya İdman Mərkəzinə gəldilər. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra oyun başladı. Görüşün ilk seti “Azərreyl” voleybolçularının üstünlüyü ilə başa çatdı – 30:28. İkinci hissədə “Lokomotiv” klubu “Azərreyl”dən üstün oldu (22:25) və setlərin hesabı bərabərləşdi. Ardıcıl olaraq iki setdə 25:13 və 25:17 hesablı qələbə qazanan “Azərreyl” klubu turnirin qalibi oldu.

Oyunu baş hakim ukraynalı Mixaylo Melnik, ikinci hakim türkiyəli Bayram Dikmentepe idarə etmişlər.

Sonra təntənəli mükafatlandırma mərasimi oldu.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançıları mükafatlandırmaq üçün arenaya daxil oldular.

Tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev “Lokomotiv” klubunun üzvləri və məşqçi heyəti ilə görüşdü.

Daha sonra dövlətimizin başçısı final oyununun ən yaxşı oyunçusu seçilmiş “Azərreyl” komandasının, Azərbaycan yığma komandasının liberosu Valeriya Karatenkonu təbrik etdi.

Avropa Voleybol Konfederasiyasının nümayəndəsi Viorel Manole ən yaxşı oyunçu seçilməsi münasibətilə V.Karatenkoya Kubok təqdim etdi.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev Viorel Manole ilə birlikdə “Lokomotiv” klubunun üzvlərinə gümüş medalları təqdim etdilər.

Sonra dövlətimizin başçısı Çellenc Kubokunu qalib komandaya təqdim etdi və voleybolçuları qələbə münasibətilə təbrik etdi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da “Azərreyl” klubunun üzvlərini təbrik etdi.

Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev “Azərreyl” klubunun üzvlərinə qızıl medalları təqdim etdi.

Klubun üzvlərinə çələnglər təqdim olundu.

Azərbaycan voleybolunun inkişafına xüsusi töhfələrinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının Kubokuna layiq görüldü. Kuboku Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Banu Can Şurman təqdim etdi.

Mükafatlandırma mərasimindən sonra qalib komandaların üzvləri Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42