İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb

15 mart 2016, 22:15
İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola saldı.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət etdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55