İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub

17 fevral 2016, 14:05
İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub

Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin istehsal sahələri ilə tanış olub.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni sənaye və istehsal müəssisələri yaradılır. Ölkədə gedən sənayeləşmə prosesinə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi də mühüm töhfələr verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrında fəaliyyətə başlayıb. İnkişaf tempini sürətlə artıran zavod ötən illərdə istehsal sahələrini genişləndirməkdə davam edib. Fəaliyyətinə OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığımı ilə başlayan müəssisə hazırda 35 çeşiddə texnika istehsal edir. 2007-ci ilin mart ayından burada “Belarus” markalı traktorların yığımına başlanılıb. Traktorların yerüstü yığım xətti 8 postdan ibarətdir. Burada 3 minədək dəstləşdiricinin yığımı aparılır. 2007-ci ildən bəri zavodda 7 modeldə 6300 “Belarus” markalı traktoru istehsal edilib.

“Aqrolizinq” ASC-yə 5737 traktor təhvil verilib. Zavodda Almaniyanın “MAHA” şirkətinin müasir standartlara cavab verən əyləc sisteminin sınaq stendi quraşdırılıb. Burada istehsal edilən bütün texnika – traktor və avtomobillər tam şəkildə sınaqdan keçirilir. 2015-ci ildə zavod fəaliyyəti dövründə ən yüksək göstəricisinə nail olub. Ötən il müəssisə 86 milyon 583 min manatlıq məhsul istehsal edib. Qonşu Gürcüstana 358 min manat dəyərində texnika ixrac olunub. Keçən ildən zavodda “KaMAZ” və “URAL” markalı avtomobillərin də yığımına başlanılıb.

Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsində bu müəssisənin fəaliyyəti önəmli rol oynayır. Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ilə artırır. İndi müəssisə Minsk təkərli dartıcılar zavodu ilə əməkdaşlıq çərçivəsində ağır yük daşıyan qoşqu istehsal edir. Daha çox istifadə olunan “MAZ” markalı avtomobillərin istehsalı ildən-ilə artır. Son 8 ildə 20 modeldə “MAZ” markalı avtomobil yığılıb. Bu avtomobillərin yığımının 40-50 faizini yerli istehsal təşkil edir. Zavodda müasir tələblərə cavab verən qaynaq və boyama, sudaşıyan avtomobillər üçün çənlər hazırlayan sahələr fəaliyyət göstərir. Avtomobil qoşquları əsasən yerli istehsaldır.

Bildirildi ki, istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahəsi olan yeni istehsalat sahəsi yaradılır. Burada ən müasir avadanlıqla təchiz olunan texnoloji xətlər quraşdırılacaq. Yeni istehsal sahəsində “MAZ” markalı avtobusların quraşdırılması nəzərdə tutulur. Bu, həm də 120-150 əlavə iş yerinin açılmasına imkan verəcək. Hazırda müəssisədə 600-dən artıq işçi çalışır. Zavodda işçilər pulsuz yemək və nəqliyyatla təmin olunublar.

Prezident İlham Əliyevə məlumat verildi ki, Belarusdan nümayiş üçün gətirilən “CNG” qaz mühərrikli avtobus Bakıda istismar üçün münasibdir. Avtobusun Bakıda sınaqdan keçirilməsi üçün “BakuBus” MMC ilə razılığa gəlinib. İkinci model avtobusun Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir. Ekoloji cəhətdən təmiz “Avro-5” standartına cavab verən avtobus şəhərdaxili istifadə üçün uyğundur. Belarus mütəxəssisləri ilə birgə avtobusların istehsalının təşkili istiqamətində işlər aparılır.

Bundan əlavə, gələcəkdə İtaliya və Almaniyadan gətirilən şassi üzərində müxtəlif markalı avtobusların karkas və salonunun istehsalını təşkil etmək mümkündür. Yerli istehsal avtobusların maya dəyərinin 25-30 faizədək aşağı düşməsinə təsir göstərəcək. Zavodun mütəxəssisləri Almaniyanın “HALLER” kommunal avadanlığının “MAZ” şassinin üzərində quraşdırılması üçün konstruktiv dəyişiklik edib.

Diqqətə çatdırıldı ki, müəssisənin Gürcüstanda nümayəndəliyi fəaliyyət göstərir. Müəssisə istehsal etdiyi texnika ilə bağlı tenderlərdə iştirak edir. Hazırda zavod belaruslu tərəfdaşlarla birgə Gürcüstanda xüsusi təyinatlı texnika və avtobuslarla bağlı tenderdə iştirak edir. Paralel olaraq, Türkiyə və Qazaxıstan bazarına çıxmaq üçün ciddi işlər görülür.

Bildirildi ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir. Təsadüfi deyil ki, 2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə birliyin bir sıra əməkdaşı yüksək mükafatlar - orden, medal və fəxri adlarla təltif edilib.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37