12:35

Prezident İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Hussein Hasan Zarougun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Mohammed Hussein Hasan Zaroug etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Mohammed Hussein Hassan Zaroug Prezident İlham Əliyev kimi nüfuzlu şəxsiyyətin rəhbərlik etdiyi Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirdi. Səfir Sudan Prezidenti Ömər Hassan əl-Bəşirin salamlarını və dərin ehtiramını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Ölkələrimiz arasında ümumi dəyərlərin mövcud olduğunu qeyd edən sudanlı diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəmizin hüquqlarını, eləcə də Azərbaycanın İslam Konfransı Təşkilatı və BMT-yə təqdim etdiyi qətnamələri ölkəsinin dəstəklədiyini bildirdi. Sudanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Mohammed Hussein Hasan Zaroug ölkəmizin neft sahəsində böyük təcrübəyə malik olmasını nəzərə alaraq, Azərbaycanın Sudanın neft sənayesinin inkişafı ilə bağlı təcrübəsinin bölüşdürülməsində və Azərbaycanın Sudanın energetika sahəsinə sərmayə qoyulmasında ölkəsinin maraqlı olduğunu dedi. Sudanın neft sənayesində hazırda yüksək vəzifələri tutan xeyli sayda mütəxəssisin vaxtilə Azərbaycanda təhsil aldığını vurğulayan səfir, sudanlı tələbələrin yenidən ölkəmizdə təhsil almaları ilə bağlı müqavilənin imzalanmasının zəruriliyini də bildirdi.
Ölkəmizlə münasibətlərə dair səfirin fikirlərinə razılığını bildirən dövlətimizin başçısı beynəlxalq təşkilatlarda Sudanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü və ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini yüksək qiymətləndirdi.
Dövlət başçısı Prezident Ömər Hassan əl-Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan...
10 aprel 2025, 18:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.
Zati-alinizə ən xoş arzularımı bildirirəm.
Bayramınız...
10 aprel 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh,...
10 aprel 2025, 17:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş...
10 aprel 2025, 15:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael...
10 aprel 2025, 10:09Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Zati-alinizi, ailənizin dəyərli üzvlərini, dost və qardaş Azərbaycan xalqını mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik...
09 aprel 2025, 19:19Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə cansağlığı,...
09 aprel 2025, 19:17Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Arzu edirəm ki, Ulu Tanrı...
09 aprel 2025, 18:37Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu...
09 aprel 2025, 18:35