06 yanvar 2016, 14:40

Təranə Orucova və başqalarından, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

“Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibləri sırasında bizim məktəbin də olması hər birimizin qəlbini riqqətə gətirdi. Müəllim üçün bundan böyük sevinc, fəxarət ola bilməz. Bu, məktəbin, onun pedaqoji kollektivinin əməyinə verilən ən böyük töhfədir. Bu dəyərə görə Sizə minnətdarıq. Diqqət müəllim üçün çox qiymətlidir. Bu mükafat Azərbaycan təhsilinə verilən ən yüksək qiymətdir. Bu isə müəllimi daha da ruhlandırır, onu parlaq gələcəyimiz naminə var qüvvəsi ilə işləməyə sövq edir.

Hörmətli cənab Prezident, Sizi əmin edirik ki, göstərdiyiniz etimadı öz əməlimizlə doğruldacaq, uğurlarımızın, nailiyyətlərimizin ilbəil artmasına çalışacağıq.

F.Piriyev adına 18 nömrəli tam orta məktəbin

həmkarlar təşkilatı adından dərin hörmətlə,

Orucova Təranə Vəliş qızı

Əfəndiyeva Mənsurə Əziz qızı

Əliyev Rahim Rəcəb oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.