22 dekabr 2015, 15:15

Sona Məcidovadan, Sumqayıt, Azərbaycan

Hörmətli İlham müəllim!

Sizi Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25 saylı binanın bütün ağsaqqalları və ağbirçəkləri adından salamlayırıq. Sizin diqqət və qayğınız sayəsində şəhərimiz gündən-günə abadlaşır. Bizim mikrorayonda binaların köhnə dam örtüklərinin yenilənməsi hamımızı çox sevindirdi. Artıq sakinlərin yağışdan, qardan heç bir qorxusu yoxdur. 

Möhtərəm cənab Prezident, Allah Sizə daim kömək olsun, Sizi qorusun. Səsiniz həmişə ucalardan gəlsin. Biz Sizi daim dəstəkləyirik.

Hörmətlə,

Məcidova Sona İsaxan qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.