Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24 noyabr 2015, 19:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №12, maddə 1058; 2008, №11, maddə 980, № 12, maddə 1069; 2010, № 2, maddə 85; 2011, № 5, maddə 85; 2014, № 12, maddə 1579) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.9-cu bənddən “aparatının hərbi qulluqçularının,” sözləri çıxarılsın, “digər işçilərinin” sözləri “işçilərinin” sözü ilə əvəz edilsin;

2. 12-ci hissə aşağıdakı redaksiyada verilsin:

“Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.”.

3. 13-cü hissədən “mülki” sözü çıxarılsın;

4. 14-cü hissədən “Agentliyin aparatının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən,” və “isə” sözləri çıxarılsın;

5. 17-ci hissə ləğv edilsin;

6. 22.3-cü bənddən “hərbi qulluqçularının və sisteminə daxil olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin mülki” sözləri “ , strukturuna daxil olan və tabeliyində olan bölmələrinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2015-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10