İlham Əliyev Antalyada keçirilən “Böyük İyirmilik” ölkələri liderlərinin Sammitində iştirak edir

15 noyabr 2015, 16:15
İlham Əliyev Antalyada keçirilən “Böyük İyirmilik” ölkələri liderlərinin Sammitində iştirak edir

Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşıladı.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdirdilər.

“Böyük İyirmilik” ölkələri liderlərinin Sammitində iştirak etmək üçün Antalyaya 13 min nümayəndə gəlib. İki gün davam edəcək Sammit çərçivəsində yeddi böyük toplantı keçiriləcək. Sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələləri ilə yanaşı, terrorçuluğa qarşı mübarizə, qaçqın problemi kimi aktual mövzular da daxildir.

Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən önəmin göstəricisidir. Qlobal iqtisadiyyata töhfə verəcək, Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın bu Sammitdə iştirakına böyük əhəmiyyət verilir. Çünki Azərbaycan güclü iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir. Etibarlı tərəfdaş kimi Azərbaycan regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir.

“G20”nin Antalya Sammiti Ankarada və Parisdə törədilmiş terror aktları qurbanlarının xatirəsinin yad olunması ilə başladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, Fransa paytaxtında baş verən terror hadisəsi iqtisadiyyat və təhlükəsizlik arasındakı əlaqənin bir-biri ilə sıx bağlı olduğunu göstərir. Son illər Suriyada, bu ilin son dörd ayında Türkiyədə, daha sonra Parisdə törədilən terror aktları göstərdi ki, terrorizm bütün dünyada sülh və təhlükəsizliyə təhdid olmaqda davam edir. Terrorla mübarizədə qəti addımlar atılmalıdır və bu baxımdan Antalya Sammiti xüsusi əhəmiyyət daşıyır.

Türkiyə Prezidenti bildirdi ki, “Böyük İyirmiliyin” diqqət mərkəzində әsasən iqtisadiyyat, siyasət, sosial məsələlər olsa da, insan amili məsələsini bunlardan ayırmaq düzgün deyil. Son hadisәlәr bir daha göstәrir ki, dünyada sülhün bərqərar olması üçün əməkdaşlığı gücləndirməliyik.

Prezident Rəcəb Tayyib Ərdoğan diqqəti humanitar problemə çevrilmiş və ağır nəticələr verən qaçqın böhranına yönəltdi. Bildirdi ki, qaçqın məsələsi beynəlxalq səviyyədə müzakirə olunmalı və bu sahədə əməkdaşlıq daha da möhkəmləndirilməlidir. Beynəlxalq birliyin bu sahədə fəaliyyəti lazımi səviyyədə deyil. “G20”nin Antalya Sammiti bu məsələnin həllində tarixi rol oynaya bilər.

Türkiyə dövlətinin başçısı təəssüflə vurğuladı ki, “G20”nin Sammiti təkcə böhran zamanlarında xatırlanacaq bir platforma olmamalıdır. Qlobal iqtisadi böhranın başladığı 2008-ci ildәn bəri bu problemi hәll etmәk mümkün olmur. Atılan bütün addımlara baxmayaraq, hәlә də güclü iqtisadi uğurlara nail olmamışıq. Bu baxımdan beynәlxalq birliyin atacağı addımlar getdikcә daha çox әhәmiyyәt kәsb edir.

Prezident Rəcəb Tayyib Ərdoğan Antalya Sammitində müzakirə olunacaq məsələlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Qeyd edək ki, “Böyük İyirmiliyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük İyirmiliyin" üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 aprel 2025
15:41
Apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

15 aprel 2025, 15:41
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2025
15:39
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

15 aprel 2025, 15:39
SƏNƏDLƏR Qanunlar 15 aprel 2025
15:37
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan...

15 aprel 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 14 aprel 2025
11:18
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil...

14 aprel 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:14
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

14 aprel 2025, 11:14
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

14 aprel 2025, 11:10
SƏNƏDLƏR Qanunlar 14 aprel 2025
11:08
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

14 aprel 2025, 11:08