İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

05 oktyabr 2015, 21:40
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini və daim möhkəmləndiyini dedi. Hərbi sahədə əlaqələrimizin çox yaxşı tarixə malik olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin müstəqilliyi dövründə əməkdaşlığımızın daha da genişləndiyini vurğulayaraq son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd etdi. Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən yaxın dövlətlər olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılacağına əminliyini ifadə etdi. 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd etdi. O, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi iş birliyinə nail olunduğunu vurğuladı. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Hulusi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını və böyük önəm daşıdığını dedi. O, Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndiriləcəyini əminliklə qeyd etdi.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04