İlham Əliyev İsrailin sabiq Prezidenti Şimon Peresi qəbul edib

01 oktyabr 2015, 19:00
İlham Əliyev İsrailin sabiq Prezidenti Şimon Peresi qəbul edib

Prezident İlham Əliyev İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresi qəbul edib. 

Görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlandı.

İsrail Dövlətinin sabiq Prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. 

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo