A.B. Səfərovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14 avqust 2015, 18:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Afaq Bəşir qızı Səfərova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin. 
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2015-ci il.