04 avqust 2015, 14:40

Ələmdar Xandadaşovdan, Dərbənd, Dağıstan

Hörmətli cənab Prezident!

Sizə Rusiyanın Dərbənd şəhərindən yazıram. Azərbaycanın 2000 illik tarixə malik şəhərin yenidən qurulmasında iştirakına görə Sizə təşəkkür etmək istəyirəm. Keçmiş Sovetskaya küçəsinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Bu küçədə görülən və görülməkdə olan işlərin keyfiyyətinə heyran qalmışıq.

Yaxın günlərdə biz Rusiyada ilk və yeganə Azərbaycan teatrının yenidən qurulacağı barədə xoş xəbər eşitdik. Rusiya Federasiyasında yaşayan azərbaycanlıları  unutmadığınıza görə Sizə və bütün Azərbaycana təşəkkür edirik.

Möhtərəm Prezident, Sizi  Bakıda birinci Avropa Oyunlarının  müvəffəqiyyətlə keçirilməsi münasibətilə də təbrik etmək istəyirəm. Birinci Avropa Oyunları ən yüksək səviyyədə keçirildi, açılış və bağlanış mərasimlərinin möhtəşəmliyi isə bənzərsiz idi.

Azərbaycanı bütün Avropada yüksək səviyyədə təqdim etdiyinizə görə çox sağ olun. Sizə möhkəm cansağlığı, hələ uzun illər Azərbaycana rəhbərlik etməklə, bizi sevindirməyinizi arzu edirəm. 

Hörmətlə,

Xandadaşov Ələmdar.  

Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri.