30 iyul 2015, 13:50

Əkbər Qoşalıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Milli mətbuatımızn 140 illik yubileyi ərəfəsində Sizin Sərəncamınızla “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bununla bağlı KİV-də bir neçə dəfə ifadə etdiyim minnətdarlıq duyğularını Sizinlə paylaşmaq  və bir daha təşəkkür etmək istərdim. Sizin  Sərəncamınızla təltif olunmaq şərəfli, şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu şərəf və məsuliyyət hissi biz qələm adamlarının bundan sonrakı yaradıcılığında, ictimai fəaliyyətimizdə, dövlət və milli maraqlarımıza, bir yazar olaraq, öz peşə borcumuza münasibətdə dərindən təzahür etməlidir.

Sizin bir vətəndaş və yazar olaraq bizlərə göstərdiyiniz etimad üzərimizə qoyduğunuz mənəvi öhdəlikdir. Bir daha Sizə ürəkdən təşəkkür edir, şərəfli işinizdə yeni-yeni  uğurlar diləyirəm! Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına sarsılmaz inamımızı ifadə edərək, Ümummilli Liderimizin müəyyənləşdirdiyi, Sizin davam və inkişaf etdirdiyiniz şanlı yolda olmaqdan qürur duyduğumuzu məmnuniyyətlə bildirirəm.  

Hörmətlə,

Əkbər Qoşalı (Yolçuyev)

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.