Peru Respublikasının Prezidenti Zati-aliləri cənab Olyanta Umala Tassoya

27 iyul 2015, 18:20

Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyul 2015-ci il.